Robert Koçaryan həbsinin uzadılması barədə məhkəmə iclasına qatılıb

Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs müddətinin uzadılmasına dair keçirilən məhkəmə iclasına qatılıb. SİA news.am saytına istinadən xəbər verir ki, bunu vəkil Ruben Sahakyan jurnalistlərə açıqlamasında deyib.

"Məhkəmə prosesində cənab Kocaryan iştirak edib, çıxış edib və bir çox məqamlardan danışıb. Həmçinin baş verənləri axmaqlıq kimi qiymətləndirib", deyə R.Sahakyan qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə