"Dodon Rusiyaya meyli siyasətçidir" ÖZƏL-MÖVQE

"Yenə Rusiyanın dezinformasiya şəbəkəsinin tələsinə düşürük. Bəzi saytlarımız Rusiyanın “RİA Novosti” agentliyinə istinadən belə bir xəbər yayıb ki, Moldova vətəndaşı və məşhur biznesmen Vladimir Plaxotnyuk Rusiyadan qeyri-qanunu olaraq milyardlarla rubl çıxarıb və buna görə axtarışa verilib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Məsələ burasındadır ki, Moldovada parlament seçkiləri yaxınlaşır, Kreml prezident Dodonun partiyasının qələbəsinə çalışır. Çünki Dodon Rusiyaya meyli siyasətçidir, hazırki hökumət isə əksinə Qərb yönümlüdür.

Rusiyanın haqqında cinayət işi açdığı Vladimir Plaxotnyuk isə Moldova Demokratlar Partiyasının lideridir və ölkəsinin Rusiya ilə deyil Qərblə sıx inteqrasiyasına çalışan əsas siyasi fiqurdur. Ona görə də Kreml və onun xəbər agentlikləri seçki öncəsi Vladimir Plaxotnyuku nüfuzdan salmağa çalışır. Biz də bu xəbəri olduğu kimi yaymaqla Rusiyanın Moldovada ruspərəst hökumət formalaşması siyasətinə dəstək vermiş oluruq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə