Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı faciəsinin anım mərasimi keçirilir YENİLƏNİR

Bu gün Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində anım mərasimi keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Milli Məclisin deputat Elman Məmmədov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Anadolu Universiteti Ədəbiyyat Fakültəsi Tarix bölümünün müəllim dos. dr. Mehmet Topal, Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Boran Aziz çıxış edib.

Türkiyə səfiri tədbiri giriş nitqi ilə açaraq deyib ki, Xocalı faciəsi insanlığa qarşı bir günahdır, tarixdə qara bir ləkədir: “Bu ləkə onu həyata keçirənlərin üzündə qalacaq. Vaxtilə Xocalıda yaşayanlar həyatda olduqları müddətcə başlarına gətirilən faciələri bütün dünyaya çatdırmalıdırlar. Biz hər zaman qardaş Azərbaycanın dərdini bölüşürük. Ancaq, xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlər bütün dünyaya çatdırılmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə