Paşinyan Sarkisyan yolu ilə gedir

Sosial problemlərin məngənəsində boğulan Ermənistanda etiraz aksiyaları səngimir. Fevralın 6-dan başlanan aksiyalar davam etməkdədir. Əgər Sarkisyanın istefa ərəfəsi günlərini xatırlasaq, görərik ki, eyni ilə həmin hadisələr Nikol Paşinyan hakimiyyətində də baş verməkdədir. Əgər oturaq aksiya keçirən insanlar "Talana, yalana son qoy, Sarkisyan!" şüarı ilə çıxış edirdilərsə, indi də Payinyana "Küçə demokratı, yalan vədlərə son qoy!" şüarını səsləndirirlər. Hətta küçə alverinə imkan verməyən Paşinyana etirazını bildirən 80 yaşlı qadın "Dağılsın bu dövlət!", "Rədd olsun bu hakimiyyət" şüarı ilə çıxış edib. Etirazçılar bildirirlər ki, uzun zamandan bəri Ermənistanda davam edən aclıq, səfalət, insanlara qarşı təzyiq bu gün Nikolun hakimiyyəti dövründə son həddə çatıb.

Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".

Ermənistanda kasıblıq həddi 52 faizi keçib

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkə əhalisinin yarıdan çoxu kasıblıq həddində yaşayır: "2008-ci ildə kasıblıq həddi 27,6 faiz olub, bu gün isə, bu göstərici, artıq 52 faizi keçib. 2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı 44 ölkədən siyasi sığınacaq istəyib. Son iki ildə isə, Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş müraciət edib. Siyasi miqrasiya ilə yanaşı, Ermənistandan iqtisadi mühacirət də artıb. Son dönəmlərdə Ermənistandan mühacirət 4 min nəfər artaraq, 47 minə çatıb. Bunun nəticəsidir ki, Ermənistanda bölgələrdə yaşayan əhalinin sayı sürətlə azalan istiqamətdə inkişaf edir. Dramın qiymətdən düşməsi ölkədə bahalaşma prosesini sürətləndirib. Bu gün işğalçı Ermənistanda vəziyyət çox acınacaqlıdır. İqtisadiyyat böhran içərisindədir. Xaricdən axan külli miqdarda yardımlar isə, əvvəlki səviyyədə

olmadığından əhalinin sosial durumu daha da ağırlaşıb. İstehsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan kütləvi şəkildə ölkəni tərk edir. İşğalçı ölkədə ticarət dövriyəsinin azalması problemləri daha da dərinləşdirir. Ermənistan, artıq hər ayı iqtisadi geriləmə ilə başa vurur. Son dövrlərdə ölkədə xarici ticarət dövriyyəsi 222,5 milyon dollara bərabər olub. Bu isə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır".

Borc bataqlığı...

Bu gün, Ermənistanın xaricdən iqtisadi asılılığı birə-on qat artıb. Xarici borc isə, həddən artıq çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Ümumiyyətlə, Ermənistan formal müstəqilliyini əldə etdikdən indiyə qədər iqtisadi problemlərini həll edə bilməyib. Əvvəllər Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistan indinin özündə də, xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə, Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Ölkənin istehsalı, əsasən, dağ-mədən və kimya sənayesi çərçivəsində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Bu sahələr, əsasən, Rusiya, İran şirkətlərinin nəzarətindədir və böyük əksəriyyətinin fəaliyyəti dayanıb. Real vəziyyət də nümayiş etdirir ki, ölkə iqtisadiyyatını böhrana sürükləyən Paşinyan heç də Serj Sarkisyan iqtidarından geri qalmır. Təkcə son iki ayda hökumət müxtəlif maliyyə qurumlarından üst-üstə 450 milyon dollardan çox kredit alıb. Bununla da, Ermənistanın ümumi xarici kredit borcu, artıq 6 milyard dollara çatıb. "Aykakan Jamanak" qəzeti yazır ki, Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, Paşinyan hökumətinin yalan vədlərinin böş və mənasız olduğunu, artıq anlayır və sadəcə, xalqı aldatdığını aydın görürlər.

Paşinyan erməni lobbisinin əlində oyuncaqdır

Artıq erməni ekspertləri aydın şəkildə bildirirlər ki, nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi-siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasada, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı, savadlı, dərin düşüncəli rəhbər olmadığını erməni xalqı elə ilk gündən görüb: "Fikir vermisinizsə, "Exo Moskvı" televiziyasına verdiyi müsahibəsində Paşinyan deyir ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, çünki orada müharibə getmir. Amma müsahibənin digər bölümündə bildirir ki, əgər mənim oğlum ordadırsa və öz ölkəmi, xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəmiyəcəm. Bilirsiniz N.Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərməklə dərin düşüncəli yox, əksinə, dayaz düşüncəli adam olduğunu sübut edib. İkincisi, onun oğlunun hərbi xidmət yaşı Ermənistan qanunlarına görə 4-5 il bundan qabaq keçib. Onun oğlu Baltikyanı dövlətlərin birində, elədə nufuzu olmayan bir ali məktəbə daxil oldu və orada təhsil aldı. Ermənistan qanunlarına görə 18 yaşı tamam olan gənclər ali məktəblərə qəbul olunmurlar, hərbi xidmətə getməlidirlər. Yalnız istedadlı gənclərə hərbidən möhlət verilir ki, onlar nüfüzlu ali məktəblərə daxil olsunlar. Amma N.Paşinyanın oğlunun elə bir istedadı yoxdur. O vaxtlar demaqoq deputatlardan idi ki, həyasızlıq edib, oğlunu hərbi xidmətə getməyə qoymadı. İndi baş nazir olaraq, oğlunu hərbi xidmətə göndərməklə, populistlik edir".

Bir sözlə, Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyini qeyd edirlər. Sabiq prezident Serj Sarkisyanın dövründən qalan tənəzzül, iflas, korrupsiya, bürokratik əngəllər bu gün də davam etməkdədir. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Serj Sarkisyanın tərəfdarlarını vəzifələrdən çıxarmala və ya bir qismini həbsə atdırmaqla bir növ işini bitmiş hesab edir.

Ermənistan geridə qalmış ölkə kimi, hər zaman Rusiyanın köməyi hesabına yaşayan bir ölkədir. İndi isə Nikol Paşinyanın Avropa dəirələrinin köməyinə güvənərək, yardım istəməsi də ölkənin iflas kökündə olduğu aydın şəkildə görmək mümkündü. Bədbəxt N.Paşinyan, Brüssel görüşündən əliboş qayıtdıqdan sonra və ölkəni bu kritik vəziyyətdən necə çıxacağı haqqında hələ çox düşünəcək. Lakin dəfələrlə qonşu ölkələr rəsmi surətdə Ermənistana bəyan etmişdir ki, Azərbaycanın torpaqlarını sülh yolu ilə qaytar və əvəzində, Azərbaycan və Türkiyə ilə iqdisadi əlaqələr qurmaqla, ölkənizi iqdisadi çətinliklərdən qurtara bilərsiniz. Ancaq N.Paşinyanın S.Sarkisyanın yolunu tutub getməsi erməni xalqını daha da iflas vəziyyətinə salır.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə