Azərbaycanda tələbə gənclərə böyük diqqət var

«Cənab Prezidentin Sərəncamı ilə tələbələrin təqaüdlərinin məbləğinin artırılması məni daha səmərəli şəkildə təhsilimi davam etdirməyə ruhlandıracaq» .Bu fikirləri «SİA»-ya açıqlamasında Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin tələbəsi Aysel Bədəlzadə bildirib. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən ölkəmizdə elmə, təhsilə göstərilən diqqət, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində qəbul edilən qərarlar tələbələr tərəfindən yüksək qiymətləndirilir:«Prezidentin məlum sərəncamları və fərmanı gənc nəsildə elmə və tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayacaq. Mən Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin tələbəsi kimi, 3 ildir ki, əlaçı təqaüdü alırdım. Bunun məbləği 112 manat idi. İndi bu məbləğin artırılması məni daha səmərəli şəkildə təhsili davam etdirməyə ruhlandıracaq. Bu, hər bir tələbə gənc kimi mənim də üzərimə məsuliyyət qoyur. Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi də əhəmiyyətlidir».Mən gənc tələbə olaraq, bundan sevinir və təhsilimdə daha da yüksək nəticələr əldə etməyə çalışacağam. Təbii ki, ölkəmizdə gənclərə yaradılan şərait yetərincədir. Belə ki, mənim təhsil aldığım universitetdə məzun-karyera sərgisi keçirilir. Sərgiyə çoxlu sayda müəssisə və şirkətlərin vakant iş yeri çıxarılır. Gəncləri gələcək karyeralarını qurması üçün bu cür sərgilər olduqca müsbət rol oynayır. Universitet təkcə təhsil vermir, həm də onların gələcək həyatını qurmaqda bir vasitəçi olmağa çalışır. Eyni zamanda, bu cür sərgilərdə bakalavr və magistrlər həmin istehsalat müəssisələrinin tələblərinə uyğun olaraq, indidən hansı biliklərə yiyələnməyi müəyyənləşdirirlər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə