Putin Netanyahu ilə nəyi müzakirə edib?

Rusiya Dövlət Başçısı Vladimir Putin İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı keçirib. "Yaxın günlərdə baş tutacaq İsrail Baş nazirinin Moskvaya işgüzar səfəri ərəfəsində beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb", - Kremlin mətbuat xidmətindən məlumat verilib. SİA-nın "RT"yə istinadən verdiyi xəbərə görə, həmçinin Netanyahu Putini “Vətən Müdafiəçiləri Günü” münasibətilə təbrik edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə