Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu

Serj Sarkisyanın axtarışa verilən qardaşı Levon Sarkisyan ərəb ölkələrindən birində gizlənir. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan açıqlama verib.

Onun fikrincə, Levon Sarkisyanın ekstradisiyası məsələsi uzun və çətin prosedur olacaq. “Levon Sarkisyan ərəb ölkələrindən birinə sığınıb. Ekstradisuya uzun və yüzlərlə prosedurdan keçən prosesdir. Onun Ermənistana gətirilməsi üçün mexanizmlər lazımdır”.

2018-ci ilin iyununda Levon Sarkisyan, onun oğlu və qızı qanunsuz varlanmaqda ittiham olunublar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə