"Koçaryan məsuliyyətdən yaxa qurtarmaq istəyir" ÖZƏL - RƏY

“Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan həbsxanadan Qarabağla bağlı bəyənat yayaraq Ermənistanın yeni hakimiyyətini “Qarabağın” əsaslarını vurmaqda ittiham edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, vaxtilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən seperatçı millətçi hərəkatın liderlərindən biri olan Koçaryanın rəhbərlik etdiyi Qarabağ klanı Ermənistanda hakimiyyəti ələ keçirmişdi: “Dağlıq Qarabağın və onun ətrafındakı ətraf rayonların işğalında, Xocalı soyqırımının həyata keçirilməsində Koçaryan və onun əlaltıları əsas rol oynamışdır. Hakimiyyətdə olduğu dövrdə yol verdiyi bir neçə cinayət işinə görə həbsdə olan Koçaryan öz çirkin əməllərini ört-basdır etmək məqsədi ilə vaxtı ilə istifadə etdiyi Qarabağ kartından yenidən istifadə etmək istəyir.

Azərbaycan rəhbərliyi tərəfindən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması sahəsində aparılan düşünülmüş, beynəlxalq hüquq normalarına əsaslanan siyasət son vaxtlar bu danışıqların nəhayət nəticə verəcəyinə ümidləri artırmışdır. Bu proseslərdən təşfişə düşən Koçaryan öz bəyənatı ilə ermənistan cəmiyyətdə özünə dəsdək qazanmağa çalışır, ona qarşı açılmş cinayət işindən yaxasını qurtarmağa cəhd göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə