“Ermənistan hər hansı yolla bizə kömək etdimi?” İqor Konovalov

“Biz Ermənistanda inqilabın baş verdiyini düşünmürük, biz düşünürük ki, hakimiyyət dəyişikliyi olub”. SİA xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi eksperti, Strateji konyuktura mərkəzinin direktoru İvan Konovalov Ermənistanın tert.am saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, nə ölkənin daxilində, nə xarici, nə də digər sferalarında radikal dəyişikliklər baş verməyib: “Yeganə gözləntimiz mövcud hakimiyyətin xarici siyasət vektorunun saxlanılması barədə səsləndirdiyi fikirlərdir”.

Erməni jurnalistin bir sıra ekspertlərin Rusiyanın Ermənistana müttəfiqi kimi yanaşmaması iddiaları barədə verdiyi sualını da cavablandıran rusiyalı hərbi ekspert bildirib ki, həmin ekspertlər Ermənistanın Rusiya üçün yeganə prioritet olmasını istəyirlər: “Rusiyanın kifayət qədər çox xarici çağırışları var ki, onlar həll olunmalarını gözləyirlər. Bu çağırışlar güc, ya da diplomatik vasitələrlə həll olunacaqlar. Lakin Ermənistan bu məsələdə iştirak edəcəkmi? Ermənistanda unudurlar ki, bizə (Rusiyaya-R.N.) bir neçə tərəfdən təzyiq göstərilir. Ermənistan hər hansı yolla bizə kömək etdimi?”

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə