Politoloq Paşinyanın mövqeyini şərh etdi

Bu gün, 21 fevral tarixində siyasi texnologiyalar və innovasiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində son siyasi hadisələrə olan münasibətlərini bölüşüb.

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan üçün yeni təhdidlər yaradıb. Söhbət təkcə Ermənistanın qarşısında duran iqtisadi və digər problemlərindən getmir. Ermənistan məhz Dağlıq Qarabağ probleminə görə çox ciddi sınaq qarşısındadır”, deyən politoloq bir çox məqamlar barədə fikirlər səsləndirib.

Mübariz Əhmədoğlu deyib ki, “Həm İran, həm də Gürcüstan istiqamətində baş verənlər Ermənistanın uydurma da olsa özləri üçün şərəf bildikləri tarixi ləkələyə bilər. Bu baxımdan Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir. Paşinyanı Dağlıq Qarabağ tənzimlənməsinə vadar edən ən əsas səbəblərdən biri Avropa İttifaqının mövqeyidir. Aİ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlanmasını Paşinyandan ən kəskin şəkildə tələb edir. Almaniya və Aİ heç zaman həm ayrı-ayrılıqda, həm də birlikdə Dağlıq Qarabağ tənzimlənməsinə bu qədər böyük maraq göstərməyiblər”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...