"Müxalifəti dəstəkləyənlər yox səviyyəsindədir" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, son mitinq də göstərdi ki, indiki situasiyada onları dəstəkləyənlər yox səviyyəsindədir. Bunu artıq Milli Şurada təmsil olunanlar da dərk etməyə başlayıb. Son mitinq ərəfəsi düşünürdülər ki, dostları, yaxın ətrafdakılardan başqa, digərləri də həmin aksiyaya qoşulacaq. Ancaq gördüyümüz kimi, bu baş vermədi. Milli Şuranın mitinqinə əvvəllər olduğu kimi yenə də az adam gəlmişdi. Gələnlər ancaq yaxın ətraf və dost-tanışlardan ibarət idi. Kənar adamları görmək mümkün deyildi”. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti öz parlaq siyasəti, dövlətimiz qarşısında duran problemləri ardıcıl olaraq həll etməklə cəmiyyətimizin geniş nüfuzunu qazanıb: “Ona görə də radikal müxalifətin gözlədiyinin əksinə olaraq, cəmiyyətdən kimlərsə gəlib təşkil etdikləri mitinqlərə qatılmadılar. Belə olan təqdirdə, radikal müxalifət başa düşdü ki, növbəti aksiyalarına heç yaxın dostları da qatılmayacaq. Çünki yaxın dostlar öncə fikirləşirdi ki, mitinqlərə çoxsaylı insan gələcək və cəmiyyətdə yeni bir əhval-ruhiyyə yaranacaq. Lakin belə olmadığından əvvəl mitinqə gələnlər də indi məyus olublar. Mitinqi təşkil etmək üçün ona əsas lazımdır. Əsas da nail olmaq ciddi analiz və düşüncə tələb edir. Analitik düşüncə isə onu deyir ki, bu gün Azərbaycanda problemlər həllini tapdığından etirazçılar demək olar, yox dərəcəsincdədir. Radikalların sıraları fəaliyyətsizlikləri, özlərini siyasətdən kənar qoyduqlarına görə getdikcə daha da daralır. Onların fəaliyyəti ancaq ağa qara demək və Prezidentin gördüyü möhtəşəm işə kölgə salmağa cəhd etməkdən ibarətdir. Bu isə siyasi fəaliyyət deyil. Ona görə də acınacaqlı duruma düşüblər. Belədə dərk edirlər ki, kütləvi aksiya keçirmək üçün heç bir real imkan və resurslara malik deyillər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə