"Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır"

Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan miqrasiya məsələlərinə həsr olunmuş "Budapeşt prosesi" forumunda deyib. Dövlət başçısı bildirib ki, hazırda Türkiyədə 100 minə yaxın erməni yaşayır, onlardan 40 mini Türkiyə vətəndaşıdır:

"Türkiyə iqtisadi böhrana görə öz ölkələrindən qaçmağa məcbur olan erməniləri qovmur". R.T.Ərdoğan vurğulayıb ki, buna baxmayaraq, Qərb ölkələrində, o cümlədən Avropada 1915-ci il hadisələri ilə bağlı antitürk təbliğatı aparılır.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə Ermənistandan Türkiyəyə 51,8 min turist gəlib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,37 faiz çoxdur. Ötən ilin təkcə dekabr ayında Türkiyəyə 3,9 min Ermənistan vətəndaşı (2017-ci ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 10,26 faiz çox) səfər edib. Türkiyəyə gələn Ermənistan vətəndaşlarının sayı hər ay ən azı 3 faiz artır.

Türkiyə KİV-ləri yazır ki, hər ay minimum 200 nəfər Ermənistan vətəndaşı Türkiyədə qalır və qeyri-leqal olaraq işə düzəlir. Bunu erməni "xalq diplomatiyası", daha dəqiq desək, Türkiyədə kök salmaq salmaq yolu adlandırmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...