Cavaxetiya separatçılarının lideri axtarışa verilib

Cavaxetiya separatçılarının lideri Vaaqn Çaxalyan axtarışa verilib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevanın Davidaşen rayonunda ötən gün baş verən dava zamanı 45 yaşlı Qurgen M. ciddi bədən xəsaərtləri alıb. Araşdırma zamanı ona xəsarətlərin Çaxalyan tərəfindən yetirildiyi məlum olub.

Vaaqn Çaxalyanın Yerevanda Kamk (İradə” təşkilatı yaradaraq Cavaxetiyada vəziyyəti gərginləşdirməklə məşğul olduğu məlumdur

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə