"Müxalifət səmimi olarsa Əli Həsənovun çıxışından düzgün istiqamət götürər" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə Azərbaycanın bu radikal düşərgə müxalifətinə adətən mövsüm müxalifəti deyirlər. Yəni mövsümdən-mövsümə, fəsildən-fəsildən baş qaldıran müxalifət deyirlər. Bu fəsillərin nə vaxt olması ilə bağlı da artıq cizgilər cizilib. Azərbaycanda bir siyasi aktivlik olanda, ölkəmizin inkişafı üçün addımlar atılanda, eləcə də dövlətimizin nüfuzuna yüksək imic gətirəcək və Azərbaycanı təbliğ edəcək bir addımlar olanda həmişə bu müxalifət qabarır və ölkəmizin əleyhinə fəaliyyət göstərməyə başlayır. Baxın, bu dəfə də eyni şeylər təkrar olunur. Onlar yenə də Azərbaycana uğur gətirəcək addımların gözdən salınmasına və dövlətimizin əleyhinə fəaliyyət göstərirlər". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədrin sözlərinə görə, 2019-cu ilin əvvəlindən yenə də bunların mövsümi fəsli başlayıb: "Bunun kökündə nə dayanır? Bunun kökündə Azərbaycanda hal-hazırda cənab Prezidentin iradəsi ilə ciddi islahatlar prosesi başlayıb. Bu islahatlar inşAllah uğurla tamamlanacaq. O islahatlar uğurla tamamlanarsa, Azərbaycanı olduğu yerdən bir neçə addım önə götürəcək və ölkəmizi daha da inkişaf etdirəcək. Onun həm beynəlxalq imicini yüksəldəcək, həm də Azərbaycanda idarəetmənin optimallaşması ölkəmizdə sosial, iqtisadi inkişaf baş verəcək, siyasi sistem təkmilləşəcək və s. Bu proses başlayıb və bunu başladan da cənab Prezidentdir. Yeni etap islahatlar başalayandan da yenə də müxalifətin aktivləşməsi müşahidə olunur. Bunlar ciddi şəkildə bəhanələr gətirirlər. Hətta bəzən utanmaz-utanmaz deyirlər ki, bu islahatlar prosesi guya ki, onların iradəsi ilə başlayıb. Təbii ki, bu tamamilə yalnış fikirlərdir. Azərbaycan Prezidenti Azərbaycanda ictimai rəyə diqqət yetirir və ictimai rəyi nəzərə alır. Amma zaman göstərir ki, indiki müxalifətin bu ictimaiyyətə heç bir aidiyyatı yoxdur. Çünki ictimaiyyət vətəndaşlardır və Azərbaycanın inkişafını istəyən şəxslərdir. Verdikləri təkliflər və bildirdikləri iradlar da Azərbaycanın inkişafına yönəlib. Amma bu müxalifət bu ictimaiyyətə aidiyyatı yoxdur. Onların nə sosial bazası yoxdur, nə də verdikləri təklif Azərbaycanın xeyrinə deyil. Bunlar yalnız xaricdən gələn sifarişlə və fəsildən-fəsilə baş qaldırırlar.

Ona görə də Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində çox düzgün vurğulayıb. Prezidentin köməkçisi həm indiki müxalifətin fəaliyyətinə, onların istifadə etdikləri mexanizmlərə, həm də müxalifət siyasi baxımdan necə olmalıdır bunlara aydınlıq gətirib. Əslində müxalifət təmsilçilərinin dərin düşüncələri olarsa, Əli Həsənovun bu təkliflərindən, səsləndirdiyi fikirlərdən istifadə edər. Çünki Əli Həsənov çox yüksək intellektli və siyasi prosesləri dərindən bilən bir şəxsdir. Əgər müxalifət həqiqətən də səmimi müxalifət olarsa, Prezidentin köməkçisinin çıxışından düzgün istiqamət götürər və onları bir tezis kimi istifadə edib, özünün fəaliyyətində tətbiq edər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə