Seçkilərdən sonra Ermənistana xarici investisiya niyə cəlb olunmur?

Ermənistana məxsus “Jamanak” qəzeti yazır ki, parlament seçkilərinin geridə qalmasına baxmayaraq ölkəyə hələ də nə yerli, nə də xarici investisiya cəlb olunmayıb. Üstəlik, keçmişdə mövcud olan proqramlar belə məlum olmayan müddət üçün təxirə salınıb. Səbəb investorların inamsızlığı və hakimiyyətin investorlara etinasız yanaşmaları göstərilir.

Qəzet yazır ki, çoxları mövcud durumdan gileylənirlər. Gileylənirlər ki, əvvəllər hansısa məsələ, hansısa iş məmura rüşvət verməklə həll oluna bildiyi halda indi mənzərə tamamilə fərqlidir və hazırda nə rüşvəti alırlar, nə də işlə məşğul olurlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə