"Dövlət siyasətinin təməlində vətəndaşın rifahı dayanır” ÖZƏL-MÜNASİBƏT

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin 10.02.2019-cu ildə imzalanmış Fərmanı ilə əhalini çox narahat edən və uzun illər öz həllini tapmayan yaşadığı mənzillərə çıxarışların alınması problemi öz həllini tapır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, yüzlərlə çox mənzilli binalarda yaşayan insanlar müəyyən səbəblər üzündən öz mənzilinə hüquqi sahib ola bilmirdi, nə də yaşadığı yeri üzrə qeydiyyata düşə bilmirdi: “Bu da özündə çoxlu çətinliklər yaşadırdı və vətəndaşları daima narahat edirdi. Cənab Prezdentin müvafiq Sərəncamı ilə bütün çatızmamazlıqlar həll edilərək tez bir zamanda 01.01.2019-cu ilə qədər tikilmiş və istismara hazır, yaşayışı olan bütün çoxmənzilli binaların istismara qəbul edilməsi və çıxarışların verilməsinə müvafiq qurumlara tapşırıqların verilməsi Prezdentin daima sadə insanların yanında olduğunun göstəricisidir. Qeyd etmək istəyirəm ki, son zamanlar imzalanan bütün Fərman və Sərəncamlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlət siyasətinin təməlində vətəndaşın rifahı dayanır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə