Baş Prokurorluq prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılmasının sivil və demokratik yolu olub. Bu yolla həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair Dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olub.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 80 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiqvəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:
- şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;
- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.
Sənədlər 25 fevral 2019-cu il tarixdən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan 17:30-dək qəbul olunacaqdır.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 492-74-32, 492-06-82, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olduq
İqtisadiyyat 19:05Nazirlər arasında telefon danışığı olub
Dünya 18:46Çünki “çox gec ola bilər”...
Dünya 18:27Misirin XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 17:56Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər
İqtisadiyyat 17:18Radikal müxalifət iflasa uğrayıb
Siyasət 17:08EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib - FOTO
İqtisadiyyat 17:02Zülfüqar Hacıbəyli – 140 TƏHLİL
Siyasət 16:55Xınalığa dolu düşüb
Sosial 16:50Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə!
Təhsil 16:04Qadınlığa hörmət et, QADIN!
Köşə yazıları 16:03Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb - FOTOLAR
Siyasət 15:20Deputat Ucarda seçiciləri ilə görüşüb
Siyasət 15:15Azərbaycan: kəsişən dəhlizlər – ANALİTİK
İqtisadiyyat 15:09Soğan tək soyulasınız... -FELYETON
Sosial 14:52“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
Texnologiya 14:49Almaniya skuterdən istifadəni qadağan edib
Dünya 14:41AYNA auditor seçir
Sosial 14:15Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 14:02ANAMA sığortaçı seçir
Sosial 13:44Sumqayıtda qanunsuz tikili sökülüb - FOTO/VİDEO
Hadisə 13:16Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
Sosial 12:47Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Sosial 12:43Rus təyyarəsi vurulub, yoxsa qəzaya uğrayıb..?
Dünya 12:07Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunub
İqtisadiyyat 12:03Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
Dünya 12:02Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8082 -0,39%
- GBP 2,1115 -0,39%
- RUB 0,0181 +0,55%