Erməni hərbi ekspert: “Azərbaycan bu gün ən ciddi mühəndis-istehkam işləri aparır” ETİRAF

Ermənistan terror təşkilatlarının hədəfinə düşə bilər. SİA xəbər verir ki, bunu news.am-a erməni hərbi ekspert Van Ambarsumyan deyib.

Onun sözlərinə görə, Ermənistan kontingentinin Suriyaya göndərilməsi ölkənin hakimiyyət güclərinə dəstəyi kimi qiymətləndirilir. “İndiyə qədər Ermənistan terror təşkilatlarının təhlükəsindən kənarda olub, lakin indi belə deyil”, bildirən erməni hərbi eksperti qeyd edib ki, ən azından, Suriya münaqişəsinə cəlb edilmiş Avropa ölkələrindəki terror olaylarını xatırlamaq olar: “Bundan əlavə, aydın deyil ki, kontingentin öz təhlükəsizliyi necə təmin olunacaq”.

Ambarsumyan bildirib ki, Suriya münaqişəsinə cəlb olunmaqdansa, sərhədlərimiz ətrafında yaranmış problemləri həll etmək lazımdır. “Bizim özümüzdə çoxsaylı problemlər var. Azərbaycan bu gün ən ciddi mühəndis-istehkam işləri aparır ki, bu da ona strateji mövqe üstünlükləri əldə etməyə imkan yaradır”, deyə erməni hərbi ekspert etiraf etməli olub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə