Müşfiq Ələsgərli: “Rüstəm İbrahimbəyov müxalifətlə bütün əlaqələrini kəsib ” RƏY-ÖZƏL

“Rüstəm İbrahimbəyov müxalifətlə bütün əlaqələrini kəsib”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, onun Bakıya gəlişinin də məqsədi öz yubileyini keçirməklə bağlı idi: “O, yubiley tədbiri keçirdi, ancaq onları dəvət etmədi. Yəni, müxalifət təmsilçilərində o tədbirdə iştirak edən olmadı. Bu da onu göstərir ki, bunlar arasında hər hansı bir mənəvi xətt, yoldaşlıq prinsipi yoxdur. Bunlar konkret dövrədə konkret maraq adamıdırlar. Yəni maraq üst-üstə düşürsə yaxınlaşırlar, düşmürsə aralanırlar. Amma fakt odur ki, bu il başlayandan müxalifət düşərgəsini təmsil edən şəxslər bir necə dəfə aksiya keçirib və hər dəfə aksiya keçirəndə də məlum olur ki, bunların deməyə yeni sözləri yoxdur. Hər dəfə təkrar-təkrar eyni fikirləri səsləndirilər və sonradan aydın olur ki, səsləndirdikləri fikirlərin ümumiyyətlə heç bir əsası yoxdur. Bu baxımdan, onlar mitinq keçirtməyə cəhd etməklə gündəmə gəlməyə, diqqət mərkəzinə çevrilməyə çalışırlar. Yəni müxalifət özünü gündəmdə saxlamaq üçün bu cür hərəkətlərə əl atır. 25 ildir ki, müxalifət bu cür mənasız və əhəmiyyətsiz yolla gəlir. Qısası, müxaliflərin mitinq keçirmək arzuları növbəti uğursuz variantlardan biridir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə