Tahir Kərimli: “Rüstəm İbrahimbəyov müxalifətlə məsafə saxlayır” RƏY-ÖZƏL

“Rüstəm İbrahimbəyov bəyan edib ki, mən Bakıya 80 illik yubleyimi keçirmək üçün gəlmişəm”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, son dövrlərdə də görünən odur ki, o müəyyən qədər “Milli Şura” ilə məsafə saxlayır: “Əvvəllər Cəmil Həsənli ilə danışardı və başqaları ilə əlaqə qurardı. Amma son dövrlər onun hansısa müxalifət təmsilçisi ilə əlaqə saxlamasına dair məlumat yoxdur. R.İbrahimbəyovun özü dəfələrlə etiraf edir ki, “indiki yaşımda mən vətən üçün darıxıram”. Hiss olunur ki, o müxalifətlə məsafə saxlayır. Xüsusən Azərbaycanı aşağlayan o filmindən sonra o başa düşdü ki, xalqın gözdən düşüb. Yəni R. İbrahimbəyov bu dəqiqə öz başının hayındadır. Bir sözlə birmənalı şəkildə demək olar ki, R.İbrahimbəyov hazır ki, məqamda bütün müxalifət partiyaları, onların funksionerləri ilə münasibət qurmaqdan yayınır. Bu isə artıq onun öz səhvini başa düşdüyünü göstərir. O ki, qaldı müxalifətin anormala hərəkətlərin, demək olar ki, bunlar başlarını itiriblər. Müxalifət dərk edir ki, onlar arqumentsizdilər. Bu baxımdan heç özləri də, bilmirlər ki, nə etsinlər. Bəzən çaşqın halda olduqlarından başlarından böyük vədlər verirlər. Hətta ümummilli hüzr günü - 20 yanvar faciəsindən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərdilər. Bunlar xarici ağalarından asılı olduqlarından məcburdurlar ki, hansısa mitinq təyin eləsinlər. Ümumiyyətlə, bu günə qədər müxalifət düşərgəsini təmsil edən şəxslər tərəfindən keçirilən mitinqlərin heç bir nəticəsi olmayıb və bundan sonrada olmayacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda onlar hansı mitinqlərin keçirilməsindən danışa bilərlər? Yaxşı olardı ki, müxalifət bu cür yersiz hərəkətlərinə son qoysun. Çünki bu cür hərəkələri ilə özlərini daha da gözdən salırlar”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə