Türkiyə ABŞ-ın S-400-lə bağlı təzyiqinə boyun əymir Peskov

Türkiyə ABŞ-ın təzyiqinə baxmayaraq, Rusiyadan S-400 zenit-raket sistemlərinin satın alınması ilə bağlı qərarını dəyişdirməyib. SİA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "Hürriyet" qəzetinə müsahibəsində deyib.

"Türkiyə artıq S-400 ilə əlaqədar bir qərar qəbul edib və biz də buna görə hərəkət edirik. Bütün müqavilələr bağlanıb, öhdəliklər götürülüb, borclar verilir, ödənişlər edilir. ABŞ çox zaman qanuni və ya qeyri-qanuni yollarla özünə rəqabət üstünlükləri əldə etməyə çalışır. Yalnız bir neçə ölkə bu təzyiqə davam gətirə bilər, Türkiyə bunlardan biridir "-deyə, Peskov bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə