"Makron ermənilərin sözü ilə oturub-durur" ÖZƏL-MÖVQE

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Münhen təhlükəsizlik konfransında görüşü olsaydı da belə bu heç nə vəd etməyəcəkdi. Nazirlərin görüşünün baş tutmamasının səbəbkarı Rusiya XİN rəhbəri Sergey Lavrov oldu". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

"Lavrov əvvəlcədən Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəndən sonra artıq Mnatsakanyan Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşmək məsələsini gündəmdən çıxardı. Çünki Rusiya hal-hazırda Qarabağ məsələsinin həll olunmasında maraqlı deyil. Əksinə Qafqazı əlində saxlamaq üçün Qarabağ düyünündən istifadə edir. Biz bunu bilməliyik. Təəssüf ki, Qərb də bu məsələlərə ikili standartla yanaşır. ABŞ və Fransa baxmayaraq ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir lakin onlar da öz mövqelərini ortaya qoymurlar. Bu gün Fransa prezidenti Emmanuel Makron ermənilər nə deyir onunla oturub-durur. Onu ancaq binzes maraqlandırır. Ona görə də onlar Qarabağ məsələsinin həllində maraqlı deyil. Rusiya nə qədər bu işin həllində maraqlı deyil bu məsələlər olmayacaq. Bundan savayı Paşinyan özü küçədən gələn bir siyasətçi olduğuna görə, onun öz sözü yoxdur. Onun əsas maraqları Qərbin maraqları ilə Rusiyanın maraqlarını calaq edib nəsə düzəltməkdir”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə