Millət vəkili seçiciləri ilə görüşüb FOTOLAR

Millət vəkili Nəriman Əliyevin Masallı rayonunda seçiciləri ilə görüşü keçirilib. Görüşdə rayon ağsaqqalları, ziyalılar və s. seçicilər iştirak edib. Çıxış edən millət vəkili Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və məqsədyönlü siyasətin Azərbaycan xalqının rifahına, dövlətimizin güclənməsinə yönəldiyini bildirərək, qeyd edib ki, son zamanlar aparılan ardıcıl islahatlar da bu cür qənaətə gəlməyə zəmin yaradır.

“Cənab İlham Əliyevin aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ veteranlarına göstərdiyi qayğı bu reallıqları özündə birləşdirir. Əbəs deyil ki, O, hər çıxışında yürütdüyü siyasətin prioritetliyinin sosial yönümlü olduğunu vurğulayıb və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyib”, bildirən Nəriman Əliyev ötən illərdə olduğu kimi, 2019-cu ilin sosial siyasətinin əsas hədəflərindən birinin pensiya və maaşların artırılmasıdır: “Bir neçə gün əvvəl Prezidentin minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamları və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı, eləcə də tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi qərarı dövlətin xalqa diqqət və qayğısının növbəti bariz nümunəsi oldu. Məhz bu kimi nöqteyi-nəzərdən çıxış edərkən, bildirmək mümkündür ki, Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə, xüsusilə son vaxtlarda apardığı məqsədyönlü islahatları ilə, ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bununla Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürür”.

“Əhalinin sosial şəraitinin qorunması sahəsində görülən işlərin məcmusu bu barədə deyilənlərə ən yaxşı misaldır”, deyən Nəriman Əliyev həmçinin vurğulayıb ki, təkcə son illərdə həyata keçirilən xeyli sayda sosial layihələr Prezident İlham Əliyevin vətəndaşlara, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür: “Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir”.

Prezident İlham Əliyevin hər zaman xalqın yanında olduğunu bildirən millət vəkili həmçinin qeyd edib ki, bu gün O, xalqına güvəndiyi kimi, xalqı da Ona güvənir: “Bu, xalq-iqtidar birliyi və vəhdətidir və bu vəhdət daim öz möhkəmliyini qoruyub-saxlayacaq. Bu gün hər bir vətənsevər azərbaycanlı xalq-iqtidar birliyinin bariz təcəssümünə çevrilib”.

Nəriman Əliyev həmçinin qeyd edib ki, bu gün qeyd edilən faktlarla yanaşı, gənclərin də inkişafı üçün mühüm addımlar atılır. Onun sözlərinə görə, ümumən gənclərin, ahılların, qayğıya ehtiyacları olan təbəqənin, habelə digər vətəndaş kəsiminin daim diqqətdə saxlanılması ardıcıllığını qoruyub-saxlamaqdadır. “Bu mənada, Prezident İlham Əliyev cənablarının qərarı tək sosial addım deyil, eyni vaxtda humanitar, sosial ədaləti qoruyan, dövlətimizin sosial bazasını möhkəmləndirən və gəncləri dövlətçiliyimizə daha çox bağlayan çox təsirli addımdır, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir”, deyə millət vəkili seçiciləri ilə keçirdiyi görüşündə bildirib.

Sonda çıxış edən seçicilər də əldə edilən nailiyyətlərdən, uğurlardan geniş bəhs edərək, bu uğurların bütövlükdə Azərbaycan dövlətinin təməllərinin möhkəmləndirilməsinə xidmət etdiyini deyiblər. Eləcə də Prezident İlham Əliyevin siyasi kursuna sadiq qalacaqlarını bildirən seçicilər bu amal ətrafında daha da sıx birləşəcəklərini qeyd ediblər.

Nəriman Əliyev irəli sürülən təkliflərinin, tövsiyələrinin nəzərə alındığını, deputatlıq fəaliyyətində daim seçicilərinin maraqlarından çıxış edəcəyini vurğulayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə