Əsəd kürd üsyançıları dialoqa çağırdı

Suriya prezidenti Bəşər Əsəd kürd üsyançıları dialoqa çağırıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Belə ki, tərəflər ortaq bir dil tapmağa çalışsalar da, kürd tərəfi Şamın təkliflərini rədd edib. Hazırda yeni təkliflər hazırlanıb.

“Dialoq qurmaq mütləqdir. Mövqelərimizdə fərqlər var, lakin bizi birləşdirən amilə diqqət etməliyik”, - deyən Əsəd bildirib ki, mərkəzsizləşmə dövləti zəiflədə bilər.

Xatırladaq ki, Suriyadakı daxili münaqişə başlandıqdan sonra Kürdlər dövlət içərisində muxtariyyət qazandılar. Lakin ABŞ qoşunlarının ölkədən çıxarılması onların mövqelərini əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə