ABŞ-la Çin arasında buzlar "əriyir"?

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət danışıqlarının “son dərəcə yaxşı” olduğunu və ABŞ-ın Pekinlə “real” ticarət razılaşmasına indiyədək olmadığı qədər yaxınlaşdıqlarını söyləyib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Belə ki, “Ağ Ev”də keçirilən tədbirdə çıxış edən ABŞ prezidenti Donald Tramp deyib: “Tariflər Çinə çox pis təsir göstərir. Onlar tarifləri istəmirlər. Əgər razılaşma əldə etsək, tarifləri aradan qaldırmaqdan şərəf duyaram”.

Çin ilə aparılan danışıqların “çox mürəkkəb” olduğunu söyləyən Tramp, danışıqlar üçün son tarixin martın 1-ə qədər uzadılacağını vurğulayıb.

Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə bu həftə Vaşinqtonda baş tutacaq ABŞ-Çin danışıqlarından bir müddət sonra yenidən bir araya gələcəklərini açıqladı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə