Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib SƏRƏNCAM

Prezident İlham Əliyev millət vəkili Siyavuş Novruzovla bağlı sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, S.Novruzov hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Qarabağ müharibəsi veteranıdır.

1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995-2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilmişdir.2005, 2010, 2015-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. O, uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri işləmiş, hal-hazırda isə Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədridir.

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictima-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordeni" lə təltif olunub.

Azərbaycan, rus və ingilis dillərin bilir. Ailəlidir. İki övladı vardır.

1987-1990-cı illər SSRİ ordusunda xidmət, Əfqanıstan döyüşlərində iştirak,1990-1993-cü illərdə Qarabağ uğuruda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır.

Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbiçilər arasında keçirilən yarışın qalibi olub.

Təltifləri
1988-ci il Əfqanıstan Respublikasının Müdafiə Nazirliyinin təşəkkürnaməsi.
26.03.2009-cu il Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı ilə təltif olunub.
30.09.2009-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal RHK tərəfindən Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsi ilə təltif olunub.
26.06.2012-ci ildə Ümumrusiya İctimai Təşkilatı "Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı" tərəfindən "Əfqanıstan müharibəsi veteranı" medalı ilə təltif olunub.
21.01.2014-cü ildə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi tərəfindən təqdim edilmiş üzvlük vəsiqəsi (VS № 01064).
28.01.2014-cü ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı ilə təltif olunub.
MDB-ın dövlət-iştirakçılarının Hökumətlərinin Başçılarının Şurası yanında müharibə -beynəlmiləlçilərin işləri üzrə Komitənin sədri R.S.Auşev tərəfindən "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi " medalıyla mükafatlandırılmışdır.
15.02.2014-cü ildə "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi " veteran birləşmələrinin birgə fəaliyyətinin koordinasiyası üzrə komitəsi tərəfindən yubiley medalıyla mükafatlandırılmışdır.
07.04. 2014-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı ilə təltif olunmuşdur.
14.09.2016-cı ildə Ölkənin müdafiə qabiliyyətinin bərkidilməsinə böyük töhfə üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini,ordu generalı V.F Yermakov tərəfindən "Vətənə Sədaqət" orden ilə mükafatlandırılmışdır.
27.10.2016 - cı ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən "General Cəmşüd Naxçıvanski" yubiley medalı ilə təltif olunmuşdur.
11.11.2016-cı ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid aillələri ictimai birliyi tərəfindən "Fədai" medalı ilə təltif olunmuşdur.
16.11.2016-cı ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid aillələri ictimai birliyi tərəfindən "Vətən naminə" medalı ilə təltif olunub
02.02.2017-ci ildə "Döyüş Qardaşlığı" veteranlarının ümumrusiya ictimai təşkilatının sədri,SSRİ Daxili İşlər nazirinin birinci müavini,General-polkovnik B.V.Qromov tərəfindən "Döyüş Qardaşlığı" veteranlar təşkilatı qarşısında xidmətlərinə görə medal ilə təltif olunmuşdur.
Böyük xidmətlərinə və veteran hərəkatına dəstəyinə görə şərəf nişanı ilə təltif olunmuşdur."Xidmətlərinə görə"şərəf nişanına vəsiqə.
15.02.2017-ci ildə Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı adından Vətən qarşısında "Xidmətlərə Görə" medalla mükafatlandırılmışdır.
18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin 1-ci dərəcəli "Vətənə xidmət ordeni" ilə təltif olunmuşdur.
05.07.2018-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının Yubley medali ilə təltif olunmuşdur.
15.10.2018 ci il Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Yubiley medali ilə təltif olunmuşdur.
01.05.2015-ci ildə Əfqanıstan Veteranlarının Rusiya Birliyinin sədri F.A. Klinseviç tərəfindən "Vətənə xidmət" ordeni ilə təltif olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...