"Azərbaycanla Çeçenistan arasında böyük dostluq əlaqələri var" RƏY-ÖZƏL

“İki insanın dalaşması dövlətlərarası münasibətlərə təsir edə bilməz. Bu baxımdan ötən gün Moskvada baş verən insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir, bunu Azərbaycan xalqı ilə çeçen xalqı arasında millətlərarası ədavət kimi görmək düzgün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Azərbaycanla Çeçenistan arasında böyük dostluq əlaqələrinin olduğunu deyən deputat söyləyib ki, xalqlar arasında dostluq münasibətlərinə heç kim zərbə vura bilməz.

A.Badamov qeyd edib ki, xalqlar arasında yüksək münasibətlər ölkə başçıları səviyyəsində də özünü göstərməkdədir: “Belə ki, Azərbaycan Prezidenti ilə Çeçenistanı ölkə başçısı arasında dostluq əlaqələri var. Bununla yanaşı, azərbaycanlılar hər zaman çeçenlərin, onlar da hər zaman bizim yanımızda olublar. Müstəqilliyimizin ilk illərindən başlayaraq xalqlar arasında qardaşlıq əlaqələri mövcuddur”.

Deputat hesab edir ki, məişət zəmində baş verən hadisəyə rəng qatmaq düzgün deyil: “Buna cəhd edənlər düşmənlərə işləyənlərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...