"Ölkəmizdə sosial inkişafın vacibliyi əsas meyar kimi götürülür" RƏY-ÖZƏL

“Prezident tərəfindən imzalanan son sənədlər daxili siyasətdə Azərbaycan vətəndaşının rifahı üçün aparılan islahatlar və onların davamlı olacağı bir daha təsdiqləndi”.Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Ölkə başçısının Real TV-yə müsahibəsi zamanı söylədiyi fikirləri xatırladan siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidenti müsahibəsində hər bir vətəndaşın keçirilən islahatlardan tam şəkildə faydalanmalı olduğunu ön plana çəkərək qeyd etdi ki, bu həmişə istər təbii fəlakət, istərsə də digər təhlükələrə təhdidin qarşısının alınmasında olmalıdır.

Ölkəmizdə sosial inkişafın vacibliyi əsas meyar kimi götürüldüyünü dilə gətirən Arzu Nağıyev vurğulayıb ki, sosial inkişafı təmin edən əsas məsələlərdən biri güclü iqtisadiyyatdır.

Siyasi şərhçi Prezident İlham Əliyevin müsahibəsi zamanı korrupsiya, rüşvətxorluq və bu kimi faktların qarşısının alınmasında yeni metodların tətbiqi, məmur-vətəndaş təmasının normal və sivil qaydada aparılmasının vacibliyi, gənc kadr potensialından istifadə edilməsi, yeni innovativ metodların tətbiqinin vacibliyi ilə bağlı fikirlərini xatırladaraq vurğulayıb ki, Azərbaycanın kadr potensialını artırmaq üçün gənclərə olan inam, savad, bilik, milli hisslərə hörmət vacib məsələdir ki, bu məsələlər müsahibədə öz yerini tapdı: “ Bundan başqa Prezident Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamət olduğunu bir daha qeyd etdi. Bu istiqamətdə diplomatik addımlar mühüm məsələ olduğu kimi, güclü dövlət olmaq da mütləqdir, çünki dünyada güc faktoru artıq aktuallaşıb. Güclü orduya sahib olmaq üçün güclü iqtisadiyyat da olmalıdır və aparılan islahatların bir istiqaməti də bundan ibarətdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə