"Rusiyalı diplomatlar Qərbin tənqidlərini haqsız sayır” ÖZƏL-MÖVQE

“Almaniyanın Münhen şəhərində işə başlayan beynəlxalq təhlüksizlik konfransında Rusiyanı yamanca sıxışdırıblar”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Demək olar ki, Qərb ölkələrinin əksər təmsilçilərinin çıxışlarında beynəlxalq aləm üçün əsas təhlükələrdən biri kimi Rusiyanın siyasəti göstərilir. Təsadüfə bax ki, bu gün SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 ili tamam oldu.

Moskvanın Əfqanıstanın daxili işlərinə qarışması avantürası SSRİ kimi imperiyanın çöküşünü sürətləndirən əsas səbəblərdən biri oldu. Dərs çıxarmadılar. SSRİ-nin yerini indi də Rusiya “tutmağa” çalışır, Gürcüstana və Ukraynaya müdaxilə, bütün perimetr boyu separatçılara dəstək, üstəgəl başqa bir “yeniliyə” də əl atıblar: hədəf saydığı ölkələrdəki seçkilərə kiberhücumlar təşkil edirlər! Bu cür “yüklə” Münhenə gedən rusiyalı diplomatlar və politoloqlar hələ Qərbin tənqidlərini haqsız sayırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə