Nigeriyada prezident seçkiləri təxirə salındı

Nigeriyada prezident seçkiləri fevralın 23-də keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkəninMərkəzi Seçki Komissiyasının sədri Mahmud Yakubu deyib.

Onun sözlərinə görə, seçkiləri əvvəlcədən planlaşdırılan vaxtda keçirmək mümkün olmadığı üçün səsvermə 23 fevral tarixinə keçirilib.

Komissiya sədri qeyd edib ki, vaxtın dəyişdirilməsi seçkilərin ədalətli və şəffaflığının təmin edilməsi ilə bağlıdır

Qeyd edək ki, MSK-nın bundan əvvəlki iclaslarında da seçkilərinin tarixinin dəyişdirilməsi

haqqında müzakirələr aparılsa da, qərar qəbul edilməmişdi. Səsvermənin təxirə salınmasını bölgələrdə seçki məntəqələrinin hazıra olmaması ilə əlaqələndirilirdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə