ABŞ Suriyanın şimal-şərqində bufer zona yaratmağı planlaşdırır

ABŞ-ın Müdafiə Nazirliyi Suriya Ərəb Respublikasının şimal-şərqində Avropa Birliyi ölkələrinin iştirakı ilə bufer zonası yaratmağı planlaşdırır. SİA-nın xəbərinə görə, bu barədə “The Washington Post” yazır.

Buradan məlum olur ki, ABŞ Avropa İttifaqı ölkələrini, əsasən də Birləşmiş Krallıq, Fransa və Almaniyanı cəlb etməklə Suriyanın şimal-şərqində hərbi iştirakını qismən təmin etmək niyyətindədir.

Qəzet yazır ki, ABŞ üçün bufer zona Suriyanın şimal-şərqində yerləşən kürd qüvvələrini Türkiyədən qorumaq üçün lazımdır.

Plana əsasən, yaradılan bufer zonasında 1500 əsgər yerləşdirilməlidir. B elə olan halda, ABŞ orada 200 əsgər saxlamaq, qalan qüvvələri isə Avropa ölkələri ilə təmin etmək niyyətindədir.

Lakin Planın NATO bayrağı altında həyata keçiriləcəyi dəqiqləşdirilməyib.

ABŞ senatoru Lindsey Qram Münhen Təhlükəsizlik Konfransında belə bir planın həqiqətən mövcud olduğunu açıqlayıb. O qeyd edib ki, Qərb Suriya və İraqdakı kürd qüvvələri üçün məsuliyyət daşıyır. Kürdləri müdafiə etməsələr, onlar Türkiyənin hücumlarına məruz qala bilər ki, bu vəziyyətə icazə verilməməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə