Tramp Türkiyəyə yeni səfir təyin etdi

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Türkiyəyə səfirini təyin edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfir vəzifəsinə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən, Devid Satterfild təyin edib.

Satterfild öncəki vəzifəyə 2017-ci ildən təyin olunub. Bundan əvvəl isə Satterfild ABŞ-ın Misir, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanı səfirliklərində çalışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə