Ermənistanda aclıq aksiyaları davam edir

Ermənistanda Qarabağ müharibəsi veteranı rejissor Ovanes Qalstyana dəstək üçün aclıq aksiyasına başlayıb. SİA-nın verdiyi məlumata görə, bu barədə rejissor Ovanes Qalstyan özü açıqlamada deyir.

“3-cü qrup Qarabağ əlili, 7 uşaq atası Mqer Mazmanyan fevralın 15-dən etibarən mənə dəstək üçün aclıq aksiyasına başlayıb”.

Xatırladaq ki, rejissor Ovanes Qalstyan “Mənim nənəmin saçları” filminə maliyyə ayrılması üçün Paşinyan hakimiyyətinə müraciət edib və müraciəti cavabsız qaldığı üçün aclıq aksiyasına başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə