BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: “Cinayətkar bəllidirsə, faktlar varsa, cəza qaçılmazdır” RƏY-ÖZƏL

“Əli Kərimlinin Rusiyadan maliyyələşməsi ilə bağlı dövrü mətbuatımızda bu günə qədər kifayət qədər informasiyalar yayılıb”. Bunu SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, hətta bununla bağlı ona Rusiyada fəaliyyət göstərən əslən Azərbaycan kökənli əslində isə Rusiya vətəndaşı Rusiyada general vəzifəsində çalışmış Sakit Allahverdiyev adlı şəxs Azərbaycan, Rusiya mətbuatında bununla bağlı açıqlama vermişdi: “Bir necə il bundan öncədə S.Allahverdiyevin öz çıxdı mətbuata dedi ki, “mən Əli Kərimlinin özünə və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov Moskvada qonağım olarkən, ona 100 minlərlə Azərbaycan manatı ilə maliyyə vəsaiti vermişəm”. S.Allahverdiyevin bu ittihamını nə Ə.Kəriml nə də Q.Zahidov cavablandırmadılar. Yəni bu mövzuya toxunmadılar, susdular. Bu da onun göstəricisidir ki, general həqiqəti demişdir və onunla görüşünü xatırlatmışdır ki, axı mən “Azadlıq” qəzetinin çapı üçün hər ay nə qədər maliyyə vəsaiti ödəyirəm. Niyə “Azadlıq” qəzetinin jurnalistləri bu gün əməkhaqqıdan şikayət edirlər. Məsələ bundan qaynaqlanırdı. Xatırlayırsınızsa bir il bundan öncə Ə.Kərimlinin digər bir müavini Gözəl Bayramlı qonşu Gürcüstandan qayıdanda onun üzərində 10 min avro tapılmışdır. Hüquq mühafizə orqanları bu məsələni araşdırıb cəmiyyətə açıqladılar ki, G.Bayramlı bir il ərzində 43 dəfə Gürcüstana səfər edib. Həmin dövrlərdə Azərbaycan qanunvericiliyində dəyişikliklər edilmişdir. QHT-lərin idarə olunması haqqında, ölkəyə qrant layihələrinin icrası ilə bağlı, xarici donorların Azərbaycana qrant verilməsi prosesində müəyyən əlavə və dəyişikliklər edilmişdir. Yəni radikal müxalifətin təsirində olan QHT-lər vasitəsi ilə o pulların ötürülmə prosesi dayandırılmışdır. Xarici təşkilatların radikal müxalifətin maliyyələşdirmə prosesini o günə qədər məhz QHT-lər, vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təmin edilirdi. Amma qanunvericiliyə dəyişikliklər olunandan sonra bu prosesi onlar Gürcüstan üzərindən aparırdılar. Sizin sualınıza gəldikdə isə, bu gün faktiki məhkəmə prosesi gedir. Həmin o vəsaitin Ə.Kərimliyə ötürülməsi prosesində iştirak edən şəxslər məhkəmə önündə izahatlar verirlər. Birmənalı olaraq, Ə.Kərimli həm Rusiyadan, həm Avropadan, həm də İrandan maliyyə alan partiya sədridir. 25 il heç bir əmək fəaliyyəti göstərməyən Ə.Kərimlinin övladları bu gün Avropanın ən bahalı şəhərlərində yaşayırlar. Onların təhsil haqqı bir ilə Azərbaycan manatı ilə 2 yüz min manatdır. İkisinin təhsili isə 400 min manat edir. Burda yalnız təhsil haqqından söhbət gedir. Bu gün hər kəs çox gözəl bilir ki, İngiltərədə yaşamaq hansı maliyyə imkanlarına sahib olmaq deməkdir. 10 ildir Ə.Kərimlinin övladları, ailəsi ordadır. Azərbaycan qanunvericiliyinə görə, hər hansı bir partiya xaricdən maliyyələşə bilməz. Bu qanunvericiliyin pozuntusudur. Bununla bağlı cəzalar nəzərdə tutulur. Bu proses yalnız Azərbaycanda hüquq müstəvisində həll olunmalıdır. Yəni hüquq mühafizə orqanlarının işidir. Cinayətkar bəllidirsə, faktlar varsa, cəza qaçılmazdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə