Mais Səfərli: “Partiya rəhbərlərinin cəzalandırılması məsələsi nəzərdə tutulur ” RƏY-ÖZƏL

“Demokratik-hüquqi cəmiyyətlərin hamısında ümumi qayda və qanun var, partiyalar xarici ölkə vasitəsi ilə maliyyələşə bilməz”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu çox ciddi məsələdir: “Nəyə görə? Demokratik-hüquqi cəmiyyətlərdə partiyalar siyasi fəaliyyətlə məşğul olan insanların insanlar qrupudur. Hər bir partiyanın da əsas məqsədi demokratik seçki yolu ilə hakimiyyətə gəlməkdir. Partiyanın xaricdən maliyyələşdirilməsi məsələsinə çox ciddi baxmaq lazımdır. Bu dövlət üçün təhlükədir. Ona görə də, məhkəmə araşdırılmasının obyektiv gedəcəyinə ümid edirəm və bu məsələnin çox ciddi şəkildə hüquqi araşdırılmasının yəqin ki, şahidi olacağıq. Həqiqətən də belə bir faktlar varsa, hər bir kəs öz cəzasını almalıdır. Bu həm də partiyaların özünə də ciddi dərs olmalıdır ki, xaricidən maliyyələşmək qəti şəkildə qadağandır. Bu məsələnin üzərinə qanunun gücü ilə mütləq gedilməlidir ki, belə hallar bir daha təkrar olunmasın. Qanunda belə hallar baş verərsə onun aradan qaldırılması yolları, o cümlədən partiya rəhbərlərinin cəzalandırılması məsələsi də nəzərdə tutulur. Hesab edirəm ki, qanunun tam gücü ilə bu məsələ öz həllini tapacaqdır”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə