Əli Kərimli separatçılardan bəhrələnir FAKT!

Nə qədər ki, gec deyil, belə tör-töküntülərin qarşısı zamanında alınmalıdır!

Əli Kərimlinin dirijor çubuğu ilə idarə olunan “Milli Şura”nın erməni lobbisi ilə yanaşı, separatçılarla da iş birliyi barədə məlumatların mövcudluğu ilk deyil və bu barədə dəfələrlə yazılıb, faktlar ortaya qoyulub. Bu mənada, təkcə bir faktı – “Milli Şura”nın aparıcı fiqurantlarından olan Eldəniz Quliyevin vaxtilə “Talış Muğan Respublikası” deyilən separatçı qurumda Əlikram Hümbətovun yanında yer almasını xatırlaya bilərik.

Mehdibəy Səfərov separatçı partiya yaradır, “Milli Şura”nın əsas fiqurantlarından olan Eldəniz Quliyev isə onun statuslarını bəyənir (?!)

Bu arada, Ermənistanda separatçı meyllərini davam etdirən Əlikram Hümbətovun necə, deyərlər “sağ əli” hesab edilən daha bir separatçı – hazırda özünə “Xalqların Demokratik Partiyası” adlı separatçı siyasi təşkilat qurmağa hazırlaşan Mehdibəy Səfərovu da xatırlaya bilərik. Bu, həmin M.Səfərovdur ki, iqrçi, bölücülük və separatçılıq meylləri ilə erməniləri özünə qardaş hesab etdiyini, Türk dünyasını isə “talış xalqının bir nömrəli düşməni” kimi qəbul etdiyini sosial şəbəkələr vasitəsi ilə bəyan etmişdi. İndi isə, bu “adam” özünə partiya yaradır və maraqlısı da budur ki, AXCP sədri Əli Kərimlinin həndəvərində quyruq bulayan Eldəniz Quliyev isə onun Facebook vasitəsi ilə paylaşdığı statuslarını dəstəkləyir.

Söz yox ki, bu mövqe onun milli satqınçılıq fəaliyyətinin bariz sübutudur!

Maraqlıdır deyilmi? Bu gün hakimiyyətə iddialı olan Ə.Kərimlinin ən yaxın ətrafı separatçılığı dəstəkləyirlər və söz yox ki, AXCP sədrinin bundan kifayət qədər xəbəri var. Varsa, bu kimi xəyanətə göz yumursa, demək ki, Ə.Kərimlinin özü də separatçılığı təbliğ etməklə məşğuldur. Düzdür, bu gün onun xaricdəki anti-Azərbaycan dairələri ilə iş birliyini sübut edən yüzlərlə faktlar var, həmin faktlar içində Kərimlinin hətta erməni lobbisinin maliyyələşdirdiyi qrant təşkilatları ilə Gürcüstan vasitəsi ilə də bank rabitəsi mövcuddur, amma nədənsə, o hələ də üsnvanlanan suallara cavab vermir. Əksinə, Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə qarşı düşmənçilik mövqeyini sərgiləyir. Söz yox ki, bu mövqe onun milli satqınçılıq fəaliyyətinin bariz sübutudur!

Təəssüfedici məqam isə budur ki, AXCP sədri Ə.Kərimlinin və yanında dolaşan “Ziyalılar Forumu” adlı saxtakar qurumun rəhbərlərindən olan Eldəniz Quliyevin barəsində bənzər faktlar kifayət qədərdir, ancaq onlar hələ də azadlıqda gəzirlər və əksinə, Azərbaycanın dövlətçilik maraqlarına qarşı separatçılıq meyllərini daha da gücləndirirlər. Buna qarşı isə, yalnız mətbuat və bir sıra siyasilər cavab verirlər. Yəqin ki, artıq hüquq-mühafizə orqanlarının, o cümlədən, müvafiq qurumların da həmin dövlət xainləri ilə bağlı ölçü götürmələrinin zamanıdır. Nə qədər ki, gec deyil, belə tör-töküntülərin qarşısı zamanında alınmalıdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə