"Putinlə Trampın görüşü hələ planlaşdırılmır" Peskov

Rusiya dövlət başçısı Vladimir Putinin amerikalı həmkarı Donald Trampla yeni görüşü hələ ki planlaşdırılmayıb. SİA "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Hələ ki, görüşlə bağlı müzakirələr yoxdur", deyə Peskov yeni görüş ehtimalını şərh edib. O, "top"un Vaşinqton tərəfində olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov bildirib ki, Putin ilə Tramp arasındakı mümkün görüş ciddi hazırlıq tələb edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə