"Bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələni etməliyik"

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən 2018-ci ildə xeyli iş görülüb. Beynəlxalq əlaqələr, sənədlərin tərtibi məsələlərində müsbət addımlar atılıb". SİA-nın xəbərinə görə, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Deputat bildirib ki, bunlar olduqca vacib məsələlərdir: “Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələn hər şey etməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə