"Yeni prosesin hədəfi milli dövlətlər və milli maraqlardır” AÇIQLAMA

“Hazırda beynəlxalq münsiabətlərdə çox mürəkkəb mərhələdən keçirik. Bu, heç şübhəsiz ki, dövlətlərarası münasibətlərdə də yeni keyfiyyət dəyişikliyi yaradır və bu prosesdə yeni hadisənin təntənəsini şahidi oluruq. Əlbəttə ki, yeni hakimiyyət növünün şəbəkə hakimiyyəti adlandırılan hakimiyyət növünün milli dövlət üzərindən təcrübədən keçirilməsi və qlobal dövlət adlandırılan dövlətə məhz milli dəyərlərdən uzaq, yeni informativ əsaslarda formalaşan vətəndaşların identifikasiyası prosesi gedir. Bu uzun müddətli prosesdir və artıq başlayıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, yeni prosesin hədəfi milli dövlətlər və milli maraqlardır: “Prosesin ilkin mərhələsi dəyərsizləşdirilmə və mənəviyyatsızlaşdırılma ilə başlayır. Sonrakı mərhələ lidersizləşdirmə, son hədəf dövlətsizləşdirmədir. Biz hamımız azərbaycanlıyıq. Harada yaşamağımızdan, hansı peşə ilə məşğul olmağımızdan, hansı siyasi dünya görüşünün daşıyıcısı olmağımızdan asılı olmayaraq, hər birimizin ən əsas vəzifəsi Vətəni, dövləti qorumaqdır. Ona görə də, düşünürəm ki, son dövrlərdə müşahidə etdiyimiz dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq bütün azərbaycanlıların yaşamasından asılı olmayaraq ümdə borcudur”.

Çıxışı zamanı Azəraycanda çap mediasının vəziyyətinə toxunan H. Məmmədov söyləyib ki, Azərbaycan prezidenti milli mətuatın dostu və hamisidir. Əgər Azərbaycanda bu günə qədər çap mediası varsa, buna görə Prezident İlham Əliyevin himayəsinə borcludur. Düşünürəm ki, bundan sonrakı mərhələdə də çap mediasının yaşaması üçün hamıdan çox Azərbaycan Prezidenti narahatdır və çap mediasının yaması üçün lazımi addımlar atılacaq. Hazırda informasiya cəmiyyətində, infiormasiyanın əldə edilməsi bölünməsi üçün yeni mərhələ baş verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə