"Bələdiyyələrlə bağlı yeni mexanizm hazırlanmalıdır" TƏKLİF

“Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət edilir. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Komitə sədri Siyavuş Novruzov Parlamentin bu gün keçirilən plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, çıxışlarda tez-tez bələdiyyələrin yeni struktur olması, onların iş mexanimzminin dövlət tərəfindən müəyyən yardımlar əsasında qurulması ilə bağlı fikirlərə rast gəlirik: “Artıq 15 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.

S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub, kinoteatrlar yoxdur: “Elə bələdiyyərlər var ki, onlara milyondan artıq subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdilər. Bələdiyyə meşələri, bağları salmaq, örüşlər icarəyə verməklə əlavə vəsait əldə etmək olar. 20-dən atıq bələdiyyələrin statusu ilə bağlı qanun var. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və tam işləyib gəlir gətirməsi mexanizmi hazırlanmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...