"Görülən işlər atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib"

"Azərbaycanda elə həftə yoxdur ki, Prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri inqilabı addım minimum əmək haqqının artırılması ilə bağlı imzalanan sərəncamıdır". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, ölkə başçısının sərəncamı əsasında əhalinin böyük hissəsi, 600 min nəfər insan əmək haqlarında hiss olunacaq dərəcədə fərq görəcəklər: "Bu, müstəqillik dövründə atılan ilk addımdır. Bu sərəncam gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq. Vahid tarif cədvəlinin 19 qrafasında əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək".

Komitə sədri söyləyib ki, Azərbaycanda uzun illərdir ki, minimum əmək haqqı yaşayaış minimumundan aşağı idi:" 2007-ci ildə yaşayış minimumu 67 manat olsa da, minimum əmək haqqı 50 manat idi. Bu cür fərq digər illərdə də özünün göstərirdi. Lakin ölkə başçısınən son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi"

H. Rəcəbli qeyd edib ki, Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür: "Prezident tərəfindən şəhid ailələrinə verilən müavinət 58 manat arataraq 300 manata çatıdırıldı. Bəzən biz birbaşa manatla olan müavinətləri qavraya bilirik, amma ölkədə gedən məktəb, yol və digərlərinin tikintisini qavramırıq. Bunların da hər biri vətəndaşlara yönəlib. Görülən işlər atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə