"Söyüş söymək ən səviyyəsiz davranışdır" ÖZƏL-MÜNASİBƏT

“İndiyə qədər xalqımızı və dövlətimizin Rusiya və Ermənistanın tanınmışları tərəfindən təhqir edildiyini çox görmüşük. Onlara qarşı isə təsir mexanizmimiz yoxdur. Rusiyalı jurnalist və fəal Lapşinin dövlətçiliyimizə qarşı çağırışlar etməsindən sonra onu Azərbaycana gətirərək mühakimə etsək də bu tullantını geri ala bildilər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılardan eyni mövqeyi tutanlar var: “Hesab edirəm ki, söyüş söymək ən tərbiyyəsiz və səviyyəsiz davranışdır. Hətta ən qatı düşmənlə belə təmkinlə və arqumentlə danışmağı öyrənmək lazımdır. Dialoq mədəniyyətini öyrənməliyik. Belə adamlara qarşı mübarizə üsulu tapmaq çox çətindir. Yeganə həll yolu maarifləndirmə və şəxsi nümunə nümayiş etdirməkdir. Bir çox hallarda tanınmış insanlarımız arasında səbrsizlik göstərən və heç də tutduğu mövqeyə layiq olmayan senzuradan kənar ifadələr işlədənləri də görürük. Bu kateqoriya adamlar elə bil bilərəkdən cəmiyyəti qıcıqlandıraraq qarşı tərəfi provakasiya etmək məqsədi daşıyırlar. Nəticədə əks effekt olaraq övkə daha yüksək çinli adamlarımıza istiqamətlənir. Sosial şəbəkələrə məhdudiyyət qoymaq barədə çağırışlar ya bağlamaq təklifləri acizlik əlamətidir. Bu yolla yalnız övkəni daha da artırmaq olar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə