"Azərbaycan bu təşkilatın cavabını çox yaxşı verib" ÖZƏL-RƏY

“Freedom House” muzdla yazırlar yazan, cürbəcür məlumatlar yayan və Azərbaycana qarşı düşmən mövqeyində duran bir təşkilatdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

"Düşünürəm ki, biz “Freedom House” təşkilatının bütün yazdıqlarını, verdiklərini, yaydıqlarını ayaqyoluna aparılan kağız parçasından başqa bir şey hesab etməməliyik. Azərbaycan onun cavabını çox yaxşı verib. Ölkəmiz özünün sabitliyi, stabilliyi, inkişafı, uğurları, nüfuzunun günü-gündən yüksəlməsi ilə, ordusunun güclənməsi ilə, sosial-siyasət sahəsində xalqına, vətəndaşlarına olan xidməti ilə onun cavabını verir. “Freedom House” təşkilatı nə yazdı-yazmadı Azərbaycan üçün onun əhəmiyyəti sıfır dərəcəsindədir. Çünki o yazanlar, həmin təşkilatı maliyyələşdirənlər özü də bilirlər ki, yazdqıları hamısı şər, böhtan, qarayaxmadan başqa bir şey deyil. Ona görə də belələrinin yazdıqlarına fikir vermək lazım deyil. Hətta belə bir məsələ də var ki, “it hürər, karvan keçər”. Yəni bunlar Azərbaycan müstəqillik qazanan gündən bu yoldadırlar. Bu gün Azərbaycan öz müstəqil siyasətini yeridir və bu yazılara heç bir məhəl qoymur. Ölkəmizin uğurları, inkişafı göz önündədir. Müstəqil siyasətimizi yeridib dövlətimizi gücləndiririk. Son məqsədimizə çatmaq üçün isə günü-gündən irəliləyirik"-deyə, millət vəkili fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə