İran və İsrail bir-birinə qarşı sərt bəyanatlar yaydılar

İsrail və İran dövlətləri bir-birlərini məhv edəcəkləri ilə bağlı qarşılıqlı bəyanatlar səsləndiriblər. SİA xəbər verir ki, bu barədə Al Jazeera məlumat yazıb. Belə ki, İslam inqilabı korpusunun komandanı Yadulla Cavani Tel-Əviv bə Hayfa şəhərlərini məhv edəcəklərini iddia edib.

İsrailin baş naziri Binyamin Netanyahu isə ona cavab olaraq, daha sərt bəyanat səsləndirib. “Əgər İran cürət edib yəhudi dövlətinə hücum təşkil edərsə, bu ölkə bir daha İslam inqilabının ildönümlərini keçirə bilməyəcək”, deyə Netanyahu bəyan edib.

“ABŞ bilməlidir ki, bizə qarşı hücum edilərsə, biz də Tel-Əviv və Hayfanı məhv edəcəyik”, deyə iranlı korpus komandanı bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə