Tereza Mey baş nazir postunu tərk edir

Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvləri Tereza Meyin bu ilin yayında baş nazir postunu tərk edəcəyini düşünür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazirlər bu nəticəyə Tereza Meyin onlara verdiyi şəxsi göstərişlər əsasında gəliblər.

Böyük Britaniyanın Beynəlxalq Ticarət naziri Liam Meyin bu ilin yayında istefa verəcəyinə əmindir. O bildirib ki, baş nazirin bütün ifadələri buna dəlalət edir: "Tereza Mey doğru adamın onu əvəz etdiyinə əmin olmaq qərarına gəlib. Çünki səs vermə zamanı onun səs vermək haqqı olmayacaq".

Biznes üzrə nazir Qreqq Klark da Meyin bu il könüllü olaraq öz vəsifəsindən gedəcəyinin gözlənilən olduğunu açıqlayıb.

Məlumata görə, Mey Brexit müqaviləsinin bitməsindən sonra istefa verməyi planlaşdırır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə