ABŞ-da prezident qadın olacaq? 5 namizəd var

ABŞ-da beşinci qadın – Minnesota ştatından olan senator Emi Klobuşar 2020-ci ildə prezidentliyə namizəd olacağını elan edib. SİA BBC-yə istinadla xəbər verir ki, Demokrat Partiyasının üzvü olan 58 yaşlı senator Elizabet Uorren, Kamala Harris, Tulsi Qabbard və Kirsten Gillibranddan sonra növbəti prezident seçkilərində iştirak etmək istəyən beşinci qadındır.

Senator Emi Klobuşar əmək fəaliyyətinə özəl şirkətdə hüquq məsləhətçisi kimi başlayıb, 1998-ci ildə Minnesota ştatının baş prokuroru olub. O, doqquz il sonra həmin ştatdan Senata üzv seçilib. Emi Klobuşar insanlarla xoş rəftarına görə “pambıq şəkəri ledisi” ləqəbi ilə çağırılır. O, 2001-ci ildə ABŞ-da “İlin vəkili” seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə