Müdafiə nazirləri Suriyanı müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ankarada görüşlər keçirir. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, o, türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

“Rusiya, İran və Türkiyə prezidentlərinin 14 fevralda Soçidə baş tutacağı görüş ərəfəsində Suriyadakı birgə fəaliyyət planımızı müzakirə edirik”.

Şoyqu 31 yanvar-2 fevralda iki ölkənin ekspertlərinin Suriya münaqişəsinin həlli ilə bağlı ciddi müzakirələr apardığını da xatırladıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə