YAP Binəqədi rayon təşkilatının kollektivi İmadəddin Nəsiminin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında 2019-cu ilin «Nəsimi İli» elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən keçiriləcək silsilə tədbirlərə artıq start verilib. Fevralın 8-də silsilə tədbirlər çərçivəsində YAP Binəqədi rayon təşkilatının kollektivi görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin Bakı şəhərində yerləşən abidəsinin ziyarət edərək, şairin əziz xatirəsini ehtiramla yad edib. Şairin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra, bədii hissə nümayiş etdirilib. Binəqədi rayonu 246 nömərli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdləri Aysun Ağammədovanın ifasında «Cananı mənim sevdiyimi can bilir ancaq» qəzəli və Mehriban Məmmədovanın ifasında «Sığmazam» qəzəli səsləndirilib. İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorunun ifasında Nəsimi obrazını canlandırıb və böyük şairin qəzəlini ifa edib.
Ziyarət iştirakçılarda xoş təəssüratlarla yadda qalıb. Sonda xatirə şəkli çəkdirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...