Əli Kərimlinin dələduz olduğu məhkəmədə sübuta yetirilməkdədir

Şahidlər və təqsirləndirilən şəxslər yeni faktlar açıqlayıblar

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, AXCP- Müsavat kimi partiya sədrlərinin əksəriyyəti bu və ya digər formada xarici anti-Azərbycan qüvvələrə bağlıdırlar. Onlardan maliyyə vəsaiti alır və qarşılığında pozucu əməllərə cəhdlər göstərirlər. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə haqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilən prosesdə Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Rusiyadan AXCP sədri Ə.Kərimliyə pul göndərdiklərini etiraf ediblər. Məhkəmədə Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindirilərkən, onlar maliyyə vəsaitlərini topladıqdan sonra "Sberbank" vasitəsi ilə Ə.Kərimliyə çatdırdıqlarını söyləyiblər. Məhkəmədə, həmçinin, açıqlandı ki, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb, AXCP-yə və Ə. Kərimliyə göndərib. Diqqqət çəkənməqam ondan ibarətdir ki, ilk dəfə olaraq, mövcud faktlar qarşısında carəsiz qalan Ə.Kərimli Baş Prokurorluq və DİN-in birgə bəyanatından sonra acıqlama verdi ki, həqiqətən də, Rusiyadan ona S.Rüstəmov vasitəsilə hər ay pul göndərilib, ancaq bu pul 412 min dollar deyil, azdır.

Ə.Kərimli maliyyə vəsaitini az göstərməklə, ətrafında faiz gözləyən şəxsləri aldatmağa çalışır. Ancaq hiyləgərlikdə və tamahlarının iti olmasında Ə.Kərimlidən heç də geri qalmayan Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Oqtay Güləliyev, Eldəniz Quliyev və digərləri qəpiklərindən belə keçmək fikrində deyillər. Bu baxımdan da, bütün məhkəmə proseslərində iştirak etməklə, təqsirləndirilən şəxslərdən və şahid ifadələrindən müfəssəl məlumat əldə etməyə çalışırlar. Təbii ki, əldə olunacaq məlumat əsasında Ə.Kərimli ilə haqq-hesab çəkəcəklər. Prosesin sonunun necə olacağını və hansı məlumatlar, açıqlanacağını, bizim tərəfdən demək çətin olsa da, ancaq bir real fakt yenidən ortaya çıxdı. Ə.Kərimli dələduzdur. O, pul xatirinə milli və dövlətçilik maraqlarını satmaqla yanaşı, ortaqlarını da aldatmaqdan və onları gedər-gəlməzə yola salmaqdan belə çəkinməyən şəxsdir.

Əli Kərimli atmağa və aldatmağa adətkardır

Siyasi prosesləri, qismən də olsa analiz etsək, bir daha o qənaətə gəlmək olar ki, Ə.Kərimli üçün fəaliyyət heç də siyasətdə uğur əldə etmək və nəyəsə nail olmaq deyil. Başlıca şərt, nə yolla olursa- olsun, pul qazanmaq, qrantlar əldə etmək və xarici ölkələrdə mülklər almaq və obyektlər tiktirməkdir. Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl də, rusiyalı general Sakit Allahverdiyev adlı şəxs də mətbuata çıxaraq, bəyan etmişdir ki, 2012-ci ildən 2015-ci ilə qədər hər ay Ə.Kərimliyə və Qənimət Zahidə pul göndərir. S.Allahverdiyev etiraf edib ki, həmin vəsaitləri «Azadlıq» qəzetinin nəşrinin davam etdirilməsinə və jurnalistlərin maaşlarının ödənilməsinə görə ödəsə də, Ə.Kərimli və Q.Zahid həmin vəsaiti öz şəxsi ehtiyaclarına xərcləyiblər. Bir sözlə, fakt budur ki, Qərbəki bəzi anti-Azərbaycan qüvvələrlə yanaşı, Rusiyanın qaranlıq dairələri də ara-sıra AXCP sədri Ə.Kərimliyə maliyyə yardımları göstəriblər. Lakin o da fakdır ki, pul ayıran şəxslər Ə.Kərimli ilə əməkdaşlıq etməklə, böyük yalnışlığa yol verdiklərini başa düşüb, onunla münasibətləri kəsirlər. Yəni müxalifət düşərgəsindəki Ə.Kərimliyə olan inamsızlıq eynilə xarici maraqlı dairələrlə də, yaşanmaqdadır. Təbii ki, bu cür xarakterə və düşüncəyə malik partiya sədri ilə sonrakı mərhələlərdə də kimlərinsə yolu davam etdirəcəkləri inandırıcı deyil. Çünki Ə.Kərimli ancaq münasibət qurduğu dostlarına və təşkilatlara atmaq və ya aldatmaq haqqında düşünür. Məhz buna görə də, Ə.Kərimlinin ətrafında olan şəxslər ondan uzaq durmağa və əlaqələri kəsməyə çalışırlar. Bir epizodda Ə.Kərimli ilə bir sırada dayanan «Real»ın sədri İlqar Məmmədov sonradan böyük səhvə yol verdiyini və bir daha Ə.Kərimli ilə əməkdaşlıq etməyəcəyini bildirib.

Xatırladaq ki, müxalifətin yanvarın 19-da keçirilən rüsvayçı mitinqində «Milli Şura» ilə yanaşı, «Real» da iştirak etmişdir. Hətta İ.Məmmədov da tribuna önünə keçərək çıxış etmişdir. Ancaq Ə.Kərimlinin özünü müxalifətin lideri, aparıcı şəxs kimi təqdim etməsi, eləcə də, xarici maraqlı dairələrə dolayısı ilə özünü kütlənin aparıcı siması kimi təqdim etməyə çalışması İ.Məmmədovda Ə.Kərimliyə qarşı nifrət hissini daha da gücləndirib. Məhz buna görə də, İ.Məmmədov bir daha «Milli Şura»nın mitinqlərinə qatılmayacağını bildirib.

İlqar Məmmədov Ə.Kərimli və İsa Qəmbəri müxalifətin üz qarası hesab edir

Ümumiyyətlə, görünən odur ki, İ.Məmmədov, nəinki Ə.Kərimli ilə, eləcə də, digər müxalifət partiya funksionerləri ilə əlaqələr qurmaq, münasibətlər saxlamaq fikrində deyil. Bu məsələdə İ.Məmmədovun bağlı olduğu xarici maraqlı dairələrin rolu və göstərişi olduğunu demək çətin olsa da, nəzəri cəlb edən mövcud fakt bundan ibarətdir ki, İ.Məmmədov İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və Ə.Kərimli ilə hansısa bir tədbirdə görünmək fikrində deyil. Nəzərə almaq lazımdır ki, İ.Məmmədov bir qədər əvvəl Müsavatın keçmiş başqanı İ.Qəmbər haqqında şok effekti yaradan ittihamlarla çıxış etmişdir. İ.Məmmədov bildirib ki, İ.Qəmbər öz şəxsi marqlarını milli maraqlardan üstün tutur. "Bir şeyi xatırladım. «Wikileaks» təzə-təzə üzə çıxanda, baxmışdım ki, görəsən, Amerika səfirliyinin məxfi sənədlərində adım hansı kontekstlərdə çəkilir. 30 dəfə adıma rast gəldim. Onun 1/3 aiddir Qarabağ münaqişəsinə, 1/3 regiondakı geosiyasi duruma, 1/3 isə ölkədə demokratik dəyişikliklər mövzusuna. Başqa siyasilərin göstəricilərinə də baxdım. Məsələn, İsa Qəmbərin adını 50 dəfə çəkiblər və ondan yalnız 1, ya da 2 dəfə Qarabağ münaqişəsi kontekstində, o da ötəri. Adamın başı kürsü davasına elə qarışıb ki, bir nömrəli milli mövzunu tam unudub. Önəmli o deyil ki, sən diplomatlarla söhbətin haqqında hansı məlumatlar yayırsan: Onların səninlə söhbət haqqında yazdıqları daha önəmlidir. Hər halda, bu dəfə məzmuna görə Müsavat başqanını qınamıram: Adam düzünü yayıb, Qarabağ yenə qaldı kənarda".

Bir sözlə, tərəflərarası qarşıdurma əvvələr də olub. Sadəcə, budəfəki qarşıdurma "bu hənanının o hənadan olamadığını" göstərir. Çünki İ.Məmmədov daha açıq formada Ə.Kərimliyə və A.Hacılıya, eləcə də, İ.Qəmbərə qarşı iddialar, bəzən isə təhqiramiz ifadələr səsləndiri. Bu isə, müxalifətin "boss"ları tərfindən asanlıqla həzm edilə bilməz. Ona görə də, geniş şəkildə hücuma keçiblər. Deməli, qarşıda bizi yeni və daha maraqlı siyasi tamaşalar gözləyir. Ən ağrılı və acınacaqlı durum AXCP sədri Ə.Kərimlinin həyat və fəaliyyətinə daxil olacağı şübhəsizdir. Çünki yuxarıda qeyd etdiyim kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimliyə pul ayrılması və həmin pulların mitinqlər, qarşıdurmalar yaradılmasına xərclənməsi barədə şahid ifadələri və təqsirləndirilən şəxslərin etirafları qeyd olunmaqdadır. Bu isə, növbəti mərhələdə Ə.Kərimlinin arzuolunmaz situasiya ilə uzləşəcəyindən xəbər verir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə