Tapdıq Abbas: “Müxalifətin böyük əksəriyyəti parça-parçadır ” RƏY-ÖZƏL

“Müxalifət son zamanlar birləşməyə çalışır”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Onun sözlərinə görə, bu birləşmənin məqsədi aydındır yəni əsasən bilirsiniz ki, Azərbaycanda ki, müxalifətin böyük əksəriyyəti parça-parçadır: “Parça-parça olmaqlarına baxmayaraq bunların xaricdən komanda verənləri var. Yəni bunlar xaricdən alınan komanda əsasında dünənə bir-birini didən, parçalayan müxtəlif məsələlərdə xəyanətdə ittiham edən qüvvələr bu gün xarici qüvvələrin təsiri ilə bir ayara gəlirlər. Məsələn deyək ki, Qarabağ komitəsi yaradıblar. Qarabağ komitəsinin məqsədi nədir? Qarabağı bəhanə etmək və xalqı cəlb etmək sonra həmin o xalqı cəlb edə bilsələr bundan hakimiyyətə qarşı istifadə etmək. Yəqin 19 yanvar mitinqi yadınızdadır. Oradan siyasi məhbuslara azadlıq şüarı adı altında keçirilən mitinqin gedişində mövzunu dəyişdilər və başladılar radikal çıxışlar etməyə. Deməli bunlar bir-birinin ardınca mitinqləri elan etməklə ölkədə sabitliyi pozmaq, aranı qarışdırmaq və xaricdən aldıqları maliyyə hesabına ölkənin sakit edən həyatını pozmaqla məşğuldurlar. 25 ildir ki, təkrar-təkrar bu şüarlarını eyni adamlardan eşidirik. Bir vaxt vardı bunların 30-35 yaşları var idi. İndi bunlar qocalıb 60-65 yaşlarındadır yenə adətləri tərgitməyiblər. 25-30 il keçməsinə baxmayaraq yenə bunların havası 1990-cı ilin ilə gedirlər. Ona görə də, xalq bunların özünü doğrultmayan, illərdən bəri nəticə verməyən elə sərsəm mitinqlərinə heç vaxt qoşulmayacaq. Bir sözlə, onlar tərəfindən keçirilən bu mitinqlərə ehtiyac yoxdur. Azərbaycan xalqı bu mitinqlərə inanmır və öz Prezidentini dəstəkləyir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə